Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyədə terror: 4 ölü, 19 yaralı

Türkiyədə terror: 4 ölü, 19 yaralı


30-05-2016, 22:24. Yazar: Xeberaz

Türkiyədə terror: 4 ölü, 19 yaralı
Şırnak vilayətinin Silopi bölgəsində PKK terrorçuları təhlükəsizlik qüvvələrinə hücum edib.

"Xəbəraz.az " Anadolu agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 dinc sakin ölüb, 5-i polis əməkdaşı olmaqla 19 nəfər yaralanıb.

Yaralılar Silopi dövlət xəstəxanasına göndərilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Terrorçuların axtarışı və zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb.
Geri dön