Ana Sayfa > Karusel / Dünya / M2 > İsrail Suriya sərhədinə qoşun yeritdi – Gərginlik

İsrail Suriya sərhədinə qoşun yeritdi – Gərginlik


30-05-2016, 20:49. Yazar: Xeberaz
İsrail Suriya sərhədinə qoşun yeritdi – Gərginlik

İsrail ordusu Suriya sərhədində işğal etdiyi Qolan təpələrinə əlavə qüvvələr yeridib.

"Xəbəraz.az " xəbər verir ki, İsrail Müdafiə Nazirliyi ordunun Suriya ilə sərhədə yeridilməsini təhlükəsizlik tədbirləri ilə əlaqələndirib.

Ərəb mətbuatı isə İsrailin bu addımını 1970-ci illərdə Livanın işğalı ərəfəsində ordunun bu ölkənin sərhədinə yeridilməsinə bənzədib.

Xatırladaq ki, Suriyada Hizbullah liderlərinə qarşı əməliyyatlar reallaşdıran İsrail radikal təşkilatlara dəstək verməkdə günahlandırılır.

Digər tərəfdən İsrailin Regional Əməkdaşlıq nazirinin müavini Əyyub Qaranın Hələbə gizli səfər etdiyi ortaya çıxıb. “Haaretz” qəzetinin xəbərinə görə, nazir müavini son yəhudi ailəsini ailəni qurtarmaq üçün cihatçıların nəzarətindəki bölgəyə gedib.
Geri dön