Ana Sayfa > Karusel / Dünya / M2 > Ukrayna rus oliqarxa vətəndaşlıq verdi

Ukrayna rus oliqarxa vətəndaşlıq verdi


30-05-2016, 19:00. Yazar: Xeberaz
Ukrayna rus oliqarxa vətəndaşlıq verdi
Rusiyalı milyarder Konstantin Qriqorşinə Ukrayna vətəndaşlığı verilib.

"Xəbəraz.az "xəbər verir ki, bu barədə Ukrayna Miqrasiya Xidmətindən məlumat verilib.

Bir müddət əvvəl Rusiyada Konstantin Qriqorşin haqqında qiyabi həbs qərarı çıxarılmışdı. Milyarder vergidən yayınmaqda ittiham olunurdu.

Qeyd edək ki, Qriqorşin Ukraynanın Zaporojye şəhərində anadan olsa da, həyatının çox hissəsini Moskvada yaşayıb.
Geri dön