Ana Sayfa > Karusel / Hadisə / M2 > Ağcabədinin mal-qara oğruları tutuldu

Ağcabədinin mal-qara oğruları tutuldu


30-05-2016, 15:35. Yazar: Xeberaz
Ağcabədinin mal-qara oğruları tutuldu

Çoxlu sayda mal-qara oğurlamış Ağcabədi rayon sakinləri tutulub.
"Xəbəraz.az " DİN-in saytına istinadən xəbər verir ki, Oğurluq etdiklərinə görə mayın 25-də tutulmuş Ağcabədi rayon sakinləri Arif Hüseynovun, Rövşən Əliyevin, Zakir Əliyevin və Məhərrəm İbrahimovun ətrafında Baş Cinayət Axtarışı İdarəsi və Ağcabədi RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların 2012-ci il sentyabrın 15-dən və cari il mayın 25-dək olan müddətdə həmyerliləri İmamqulu Qəhrəmanova məxsus fermadan 6 baş inək, Yasir Mənsimova məxsus fermadan 2 baş inək, Fərmuda Musayevə məxsus fermadan 3 baş inək, Raul Qasımova məxsus fermadan 6 baş qoyun, habelə, onların, Bərdə rayon sakinləri Famil Alıyevə, Əli Əhmədova, Şahsuvar Hüseynova məxsus fermalardan 8 baş inək, eləcə də Adil Quliyevə məxsus fermadan 2 baş inək və 1 rəst at oğurlamaları da müəyyən edilib.
Geri dön