Ana Sayfa > Karusel / Hadisə / M2 > İntihara səbəb özü deyilmiş-Qaynatası biçaqlayib

İntihara səbəb özü deyilmiş-Qaynatası biçaqlayib


30-04-2015, 12:31. Yazar: Xeberaz
İntihara səbəb özü deyilmiş-Qaynatası biçaqlayib
İntihar xəbəri yalan çıxdı.

Bakıda intihar etdiyi bildirilən şəxsin qətlə yetirildiyi müəyyənləşib.

Xeberaz.az xəbər verir ki, Xəzər Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, aprelin 23-də Buzovna qəsəbəsi, Albalılıq yaşayış sahəsində, Mustafayev küçəsi döngə 7, ev 2 ünvanında yaşayan, 1973-cü il təvəllüdlü Emin Vaqif oğlu Rzayev aldığı bıçaq xəsarətlərindən ölüb.

Yaxınları ilkin olaraq, hüquq-mühafizə orqanlarına onun özünü bıçaqlayaraq, intihar etdiyini deyiblər.

Faktla bağlı Xəzər Rayon Prokurorluğu tərəfindən Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin intihar olmadığı məlum olub.

Müəyyən edilib ki, E.Rzayevi qayınatası, 1938-ci il təvəllüdlü Tofiq Həbib oğlu Bağırov bıçaqlayaraq qətlə yetirilib.

Hadisəni törədən T.Bağırov saxlanılıb. Cinayət işi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.

Faktla bağlı istintaq tədbirləri davam etdirilir.
Geri dön