Ana Sayfa > Karusel / Gündəm / Dünya / M2 > Çeçenlər Bakıya qarşı döyüşməyəcək – Millət vəkili

Çeçenlər Bakıya qarşı döyüşməyəcək – Millət vəkili


30-05-2016, 11:08. Yazar: Xeberaz

Çeçenlər Bakıya qarşı döyüşməyəcək – Millət vəkili
Cənubi və Şimali Qafqazdakı situasiyalar bir-biriylə bağlıdır və buradakı istənilən gərginlik bütöv Qafqazdakı hər bir lideri narahat edir.
"Xəbəraz.az " xəbər verir ki, bunu “Kavpolit” internet portalına açıqlamasında Milli Məclisin üzvü Rasim Musabəyov söyləyib. Onun sözlərinə görə, əgər Qarabağda genişmiqyaslı savaş başlasa, çeçenlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olan Ermənistanın yanında vuruşmaq istəməyəcəklər:

“KTMT-nin digər üzvləri olan Belarus və Qazaxıstan da bu məsələdə açıq-aşkar Azərbaycanı müdafiə edir. Axı məhz Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Onu da xatırladım ki, çeçen könüllülər 1992-1994-cü illərdəki müharibədə Azərbaycana yardım ediblər. Ermənistanla Rusiya arasında müttəfqilik əlaqələri çeçenləri ermənilərin tərəfində döyüşməyə vadar etməyəcək”.
Geri dön