Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakıda zəncirvari yol qəzası: 7 maşın əzildi

Bakıda zəncirvari yol qəzası: 7 maşın əzildi


29-05-2016, 23:46. Yazar: Xeberaz
Bakıda zəncirvari yol qəzası: 7 maşın əzildi
Bu gün axşam saatlarında Bakıda zəncirvari yol qəzası baş verib.

Azvision.az-ın məlumatına görə, paytaxtın Ziya Bünyadov prospektində yerləşən tuneldə “KamAZ” markalı yük maşını “Mercedes” markalı minik avtomobilini vurub. Qəza nəticəsində 7 maşın əzilib.

“KamAZ”ın sürücüsü hadisə yerindən qaçmaq istəsə də, alınmayıb. Sürücülər arasında mübahisə düşüb.

Hazırda faktla bağlı araşdırma aparılır, avtomobillərə dəyən ziyan müəyyənləşdirilir.
Geri dön