Ana Sayfa > Karusel / Dünya / M2 > Putin: “Polşanı Rumıniyanın aqibəti gözləyir” - Video

Putin: “Polşanı Rumıniyanın aqibəti gözləyir” - Video


29-05-2016, 23:04. Yazar: Xeberaz
Putin: “Polşanı Rumıniyanın aqibəti gözləyir” - Video

Belə davam edərsə, Polşanı da Rumıniyanın aqibəti gözləyir.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Rusiya Federasiyası Prezidenti Vladimir Putin Polşada yerləşdirilməsi nəzərdə tutulan ABŞ raketdən müdafiəsi sistemləri haqda danışarkən deyib:

“Rumıniya nüvə silahının hədəfində olmağın nə olduğunu bilmirdi, indi isə bilir. Polşanı da eyni aqibət gözləyir. Biz ilk addımı atmayacağıq. Biz Polşaya heç nə etməyəcəyik. Yalnız öz təhlükəsizliyimizi təmin edəcək cavab addımları atıla bilər. Təkrar edirəm, cavab addımları. Bizimsə bu addımı atmaq üçün kifayət qədər imkanlarımız mövcuddur”.

Xatırladaq ki, bu gün Polşa Xarici İşlər naziri Vitold Vaşikovski Avropa Birliyinin Rusiya Federasiyasına qarşı tətbiq etdiyi sanksiyaların vaxtının uzadılmasının birmənalı tərəfdarı olduğunu, Rusiyanı yalnız bu yolla durdurmaq şansı olduğunu açıqlayıb.
Geri dön