Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Xızıda avtobus aşdı: 2 ölü, 21 yaralı - YENİLƏNİB

Xızıda avtobus aşdı: 2 ölü, 21 yaralı - YENİLƏNİB


29-05-2016, 22:34. Yazar: Xeberaz
Xızıda avtobus aşdı: 2 ölü, 21 yaralı - YENİLƏNİB
Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

APA-nın şimal bürosunun xəbərinə görə, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.

3


Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.

***
Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun xəbərinə görə, içərisində tələbələr olan “Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.
Geri dön