Ana Sayfa > Karusel / Dünya / M2 > İran Ermənistanı aviayanacaqla təmin edəcək

İran Ermənistanı aviayanacaqla təmin edəcək


29-05-2016, 16:10. Yazar: Xeberaz

İran Ermənistanı aviayanacaqla təmin edəcək
İran Ermənistanı aviayanacaqla təmin edəcək.

"Xəbəraz.az " ANS-ə istinadən xəbər verir ki, bu haqda İranın neft məhsulları milli şirkətinin rəhbəri İsmayıl Xişam Firuz açıqlama edib.

Onun sözlərinə görə, İran həmçinin Əfqanıstanı, Şimali İraqı və tacikistanı avianöyütlə təmin etməyə hazırlaşır. Son zamanlar İran aviayanacağın ixracının səviyyəsinə xüsusi diqqət göstərir. Sentyabr ayından isə benzinin də ixracında artım gözlənilir.

2014-cü ildə İran Ermənistanın sərhədində yerləşən Megri və Aqarak şəhərlərinin qazlaşdırılmasına 2 milyon ABŞ dolları ayırıb. Müvafiq razılaşma tərəflər arasında 2011-ci ilin dekabrında əldə olunub.

Geri dön