Ana Sayfa > Karusel / Hadisə / M2 > Hacıqabulda yaşıllıqlar yandı
Hacıqabulda yaşıllıqlar yandı29-05-2016, 16:05. Yazar: Xeberaz |
Bu gün saat 13:30 radələrində Bakı-Qazax magistralının 115-ci km-də, Hacıqabul rayonu ərazisində yol kənarında salınmış yaşıllıqlarda yanğın baş verib. "Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, yanğın 10 hektardan çox ot sahəsini və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən salınmış yolkənarı yaşıllıqların bir qismini, o cümlədən Bakı-Böyük Kəsik dəmir yolu xəttinin ətrafındakı sahəni əhatə edib. Dəmir yolu xəttinə ziyan dəyməyib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb edilib və yanğın saat 15:30 radələrində söndürülüb. Geri dön |