Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya orbitə raket göndərdi

Rusiya orbitə raket göndərdi


29-05-2016, 14:28. Yazar: Xeberaz
Rusiya orbitə raket göndərdi

Qlonass-M” naviqasiya sputniki ilə təchiz edilmiş “Soyuz-2.1b” raketdaşıyıcısı Arxangelsk vilayətinin Plesesk kosmodromundan Moskva vaxti ilə 11.45-də kosmosa buraxılıb.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Raketin fəzaya buraxılması ilə bağlı start öncəsi əməliyyatların və startın uğurla həyata keçirildiyi bildirilir.

Bu, 2016-cı ildə Pleseskdən buraxılmış bu tipli üçüncü raketdir. “Qlonass-M” sputnikinin orbitə göndərilməsinin məqsədi Rusiyanın orbital QLONASS naviqasiya sisteminin fəaliyyətini optimallaşdırmaqdır.

“Roskosmos” Naviqasiya Kosmik Sistemləri Dövlət Koorporasiyasının departament müdiri Andrey Volkovun sözlərinə görə, ilin sonunadək bu tipli daha 7 raketin kosmosa göndərilməsi planlaşdırılır.
Geri dön