Ana Sayfa > Karusel / Hadisə / M2 > Bakı sakinini belə altadılar

Bakı sakinini belə altadılar


28-05-2016, 21:00. Yazar: Xeberaz
Bakı sakinini belə altadılar

ABŞ-a istirahətə göndərmək adı ilə vətəndaşlardan pul alan şəxs saxlanılıb.

Musavat.com-un məlumatına görə, Gürcüstan vətəndaşı 1980-ci il təvəllüdlü Turan İsayev 2015-ci il dekabr ayında Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Hidayət Məmmədzadənin etibarından sui istifadə edərək onu aldadıb.

T.İsayev ABŞ-a istirahətə göndərəcəyi adı ilə ondan 2500 manat və 1500 ABŞ dolları alıb qaytarmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Geri dön