Ana Sayfa > Karusel / Dünya / Bizim seçim > Tacikistanla yeni əlaqələr yaradılır

Tacikistanla yeni əlaqələr yaradılır


28-05-2016, 19:48. Yazar: Xeberaz
Tacikistanla yeni əlaqələr yaradılır

Tacikistan-Azərbaycan əlaqələrini müxtəlif sahələrdə genişləndirmək üçün imkanlar daha çoxdur.

Azərbaycanın Tacikistandakı səfirliyindən Report-a verilən məlumata görə, bunu Tacikistanın xarici işlər naziri Sirocaddin Aslov deyib.

28 May – Respublika Günü münasibətilə paytaxt Düşənbədə keçirilən tədbirə qatılan S.Aslov Azərbaycan xalqını Tacikistan hökuməti adından təbrik edib, Azərbaycan xalqına və dövlətinə daha böyük uğurlar arzulayıb: “Azərbaycanın sürətli inkişafı bizi çox sevindirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev əsl lider olaraq dövlətini və xalqını böyük bəlalardan xilas edib".

Nazir Tacikistan-Azərbaycan münasibətlərindən məmnunluğunu bildirib.
Geri dön