Ana Sayfa > Karusel / Hadisə / M2 > Keçmiş məmuru güllələyən şəxs yaxalandı

Keçmiş məmuru güllələyən şəxs yaxalandı


28-05-2016, 16:55. Yazar: Xeberaz

Keçmiş məmuru güllələyən şəxs yaxalandı
Aprelin 12-də Hüseyn Qasımovu avtomat silahdan açılan atəşlə yaralayan qrup üzvlərindən daha biri ələ keçib.

"Xəbəraz.az " DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hüseyn Qasımovun istiqamətində avtomat silahdan atəş açıb ona xəsarət yetirmiş qrupun digər üzvü - Bakı şəhər sakini Əlikubar Kularov tutulub.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə Ramil Hüseynlinin və Əlikubar Kularovun daha bir paytaxt sakininə qarşı xuliqanlıq etmələri də müəyyən edilib.

Xatırladaq ki, Hüseyn Qasımov Bərdə Rayon İcra Hakimiyyətində çalışıb.
Geri dön