Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ Səudiyyəyə bomba təchizatını dayandırdı

ABŞ Səudiyyəyə bomba təchizatını dayandırdı


28-05-2016, 15:46. Yazar: Xeberaz

ABŞ Səudiyyəyə bomba təchizatını dayandırdı

ABŞ Səudiyyə Ərəbistanına kaset bombalarının təchizatını dayandırıb.
"Xəbəraz.az " xəbər verir ki, bu qərar Yəməndə mülki vətəndaşların öldürülməsinə görə verilib.

ABŞ-ın “Foreqn Polis” jurnalına danışan Vaşinqton rəsmisi bildirib ki, bombalar əsasən, mülki əhalinin olduğu və yaxud da onlara yaxın bölgələrə atılıb.

Təchizatı dayandırılan isə CBU-105 kaset bombasıdır.

Rəsmi Vaşinqton son illərdə Ər-Riyadı milyon dollarlar həcmində bombalarla təchiz edib.

Qeyd edək ki, ötən ilin martından etibarən Yəməndə Ənsərullah hərəkatı ilə (Husilər – red.) mərkəzi hökumət arasında yaşanan qarşıdurmalar səngimir.

Geri dön