Ana Sayfa > Karusel / Dünya / M2 > Terrorçular neft kəmərinə hücum etdi

Terrorçular neft kəmərinə hücum etdi


28-05-2016, 15:34. Yazar: Xeberaz

Terrorçular neft kəmərinə hücum etdi
Nigeriya Deltasının Qisasçıları qruplaşması ölkənin cənubundakı neft obyektlərinə hücum edib.

"Xəbəraz.az " “Röyter”ə istinadən xəbər verir ki, yerli hökumət hücumun dünən axşam saatlarında Nembe boru kəmərinə təşkil olunduğunu açıqlayıb.

Qruplaşma bundan öncə mayın əvvəlində “Şevron” kompaniyasının Nigeriyadakı platformasına hücum edib. Terrorçular işçiləri və neft şirkətlərini hücumlarla hədələyib.

Qeyd edək ki, Nigeriya dünyanın ən iri neft istehsalçılarından biridir və burada baş verən hadisələr birjalarda qiymətlərə birbaşa təsir göstərir.
Geri dön