Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Beynəlxalq Bank 1 milyard ziyan etdi

Beynəlxalq Bank 1 milyard ziyan etdi


28-05-2016, 13:48. Yazar: Xeberaz
Beynəlxalq Bank 1 milyard ziyan etdiAzərbaycan Beynəlxalq Bankı (ABB) 2015-ci ili 823,6 mln. manat həcmində zərərlə başa vurub. Əvvəlki ili isə Bank 14,363 mln. manat mənfəətlə yekunlaşdırıb.

Report-un verdiyi xəbərə görə, ABB-nin mənfəət vergisindən əvvəlki zərəri - 1 013,955 mln. manat təşkil edib. Əvvəlki ildə ABB-nin vergidən əvvəlki mənfəəti 33,433 mln. manat olub.

Ötən il ABB-nin faiz gəliri 8,26% azalaraq 606,716 mln. manat təşkil edib. Faiz xərcləri isə 30,77% artaraq 490,065 mln. manata çatıb. Nəticədə Bankın faiz mənfətti 116,651 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 59,3% azalma deməkdir. Dəyərsizləşmə üzrə ehtiyatlardan sonra xalis faiz zərəri - 905,55 mln. manata bərabər olub. Halbuki 2014-cü ildə bu göstərici müsbət 79,076 mln. manat olub.

Qeyd edək ki, ABB-nin aktivləri illik müqayisədə 48,5% artaraq 2016-cı il yanvarın 1-nə 13 657,275 mln. manata çatıb. Aktivlərin tərkibində müştərilərə verilmiş kreditlərin həcmi 5 635,583 mln. manat təşkil edib. Bu da öz növbəsində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 28,3% azdır.

Bankın səhmdar kapitalı 8,66% artaraq cari ilin əvvəlinə 641,287 mln. manata çatıb. Bölüşdürülməmiş zərəri 744,75 mln. manat olub. Əvvəlki ilin müvafiq dövründə Bankın bölüşdürülməmiş mənfəəti 65,67 mln. manat təşkil edib.
Geri dön