Ana Sayfa > Karusel / Dünya / M2 > Putin: “Donbas qaytarıla bilər, Krım isə...”

Putin: “Donbas qaytarıla bilər, Krım isə...”


28-05-2016, 12:54. Yazar: Xeberaz
Putin: “Donbas qaytarıla bilər, Krım isə...”
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Pyotr Poroşenkonun Krım və Donbası geri qaytarmaq haqda səsləndirdiyi fikirlərə münasibət bildirib.
"Xəbəraz.az " xəbər verir ki, Putin keçirdiyi brifinq zamanı Donbasın qaytarılması şərtini açıqlayıb:

“Donbasın geri qaytarılması üçün Minsk sazişinin öhdəliklərinin yerinə yetirilməsi, Ukrayna konstitusiyasında dəyişikliklər edilməsi vacibdir”.

Krımın geri qaytarılması haqda danışarkən prezident bunun mümkün olmadığını deyib:

“Krım söhbəti çoxdan bağlanıb. Rusiya Krımla bağlı heç bir danışığa getməyəcək”.

Xatırladaq ki, Ali Radanın deputatı Nadejda Savçenkonun Ukraynaya geri qaytarılmasından sonra Prezident Poroşenko zamanla Krım və Donbasın da geri qaytaralacağını açıqlamışdı”.
Geri dön