Ana Sayfa > Karusel / Hadisə / M2 > Maskalılar qadının 80 minini apardı - Bakıda

Maskalılar qadının 80 minini apardı - Bakıda


28-05-2016, 12:21. Yazar: Xeberaz
Maskalılar qadının 80 minini apardı - Bakıda
Bakıda yaşayış evinə basqın olub.

Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi, ev 65, mənzil 155 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1952-ci il təvəllüdlü Zəridə Yunusovanın yaşadığı evə girmiş 2 maskalı şəxs onun əl və ayaqlarını iplə bağlayaraq döyüb, mənzildən 65000 manat pul və 15000 manat dəyərində qızıl əşyalar aparıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə hadisəni törədən Bakı şəhər sakini Süleyman Hüseynov, Babək rayon sakinləri Yaqubar Qasımov, Amil Şirinov və Ağdam rayon sakini Zemfira Bağırzadə tutulublar.
Geri dön