Ana Sayfa > Karusel / Dünya / M2 > Türkiyədən İŞİD-ə misli görünməmiş atəş

Türkiyədən İŞİD-ə misli görünməmiş atəş


28-05-2016, 12:15. Yazar: Xeberaz

Türkiyədən İŞİD-ə misli görünməmiş atəş
Türkiyə Suriya sərhədindən İŞİD mövqelərini güclü atəşə tutub.

"Xəbəraz.az " xəbər verir ki, dünən axşam saatlarından etibarən 233 Fırtına tankı, 4 tank və 40 reaktiv atəş sistemləri ilə İŞİD mövqeləri vurulub.

Bundan əlavə, koalisiya qüvvələri terrorçulara qarşı 11 hava əməliyyatı təşkil edib.

Nəticədə İŞİD-in 104 terrorçusu öldürülüb, 7 qərargahı dağıdılıb, silahları məhv olunub.

Qeyd edək ki, ötən gün İŞİD Türkiyənin Suriya ilə sərhəddəki Kilis bölgəsinə raket atıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Geri dön