Ana Sayfa > Karusel / Dünya / M2 > Poroşenko təsdiq etdi: Rusiya KİV-nə böyük zərbə

Poroşenko təsdiq etdi: Rusiya KİV-nə böyük zərbə


27-05-2016, 21:38. Yazar: Xeberaz

Poroşenko təsdiq etdi: Rusiya KİV-nə böyük zərbə
Ukrayna Prezidenti Pyotr Poroşenko bir sıra Rusiya KİV rəhbərlərinə qarşı sanksiyaları təsdiq edib.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə dövlət başçısının rəsmi saytında məlumat yayılıb.

Birinci kanalın baş direktoru Konstantin Ernst, Novorus.info saytının baş redaktoru Andrey Surkov, Pravda.ru-nun baş redaktoru Vadim Qorşenin, TASS informasiya agentliyinin baş direktoru Sergey Mixailov, "LifeNews"un baş redaktoru Aşot Qabrelyanov və "Russia Today" telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sanksiya tətbiq edilib.

Poroşenko tərəfindən imzalanan fərmanda qeyd edilir ki, sanksiyaya məruz qalan şəxslər Ukraynaya real və potensial təhlükələrdir və milli maraqlara və Ukraynanın ərazi bütövlüyünə zidd siyasət yürüdürlər.
Geri dön