Ana Sayfa > Karusel / Dünya / M2 > Putin pulunu istəyir, Kiyev isə...

Putin pulunu istəyir, Kiyev isə...


27-05-2016, 21:19. Yazar: Xeberaz


Putin pulunu istəyir, Kiyev isə...
Ukrayna Rusiyanın 3 milyard dollarlıq məhkəmə iddiasına etiraz edib.

"Xəbəraz.az " xəbər verir ki, Rusiya eks-prezident Viktor Yanukoviç dövründə 3 milyard dollar bu ölkəyə kredit verildiyini və pulun qaytarılmasını istədiyini bəyan edib.

İngiltərə Ali Məhkəməsi tərəfindən qaldırılan məsələyə münasibət bildirən Ukraynanın Maliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi bəyanat yayımlayıb.

Bəyanatda qeyd edilir ki, 3 milyardı Yanukoviç mənimsəyib və bu Ukraynanın borcu deyil.

Qeyd edək ki, Rusiya tərəfindən iddianı "The Law Debenture Trust Corporation" PLC şirkəti qaldırıb. Şirkət Ukraynanın etirazının əsassız olduğunu bildirib.

Xatırladaq ki, 2013-cü ildə Rusiya Prezidenti Vladimir Putin Ukraynanın eks-prezidenti Viktor Yanukoviçə 3 milyard dollar borc verib. Bu barədə məsələyə münasibət bildirən Yuri Butusov qeyd etmişdir ki, Yanukoviç bu pulla o vaxt Ukraynada baş qaldıran etiraz aksiyasını yatırtmalı idi.
Geri dön