Ana Sayfa > Karusel / Dünya / M2 > TAP bizlə rəqabət apara bilməz - Rusiya

TAP bizlə rəqabət apara bilməz - Rusiya


27-05-2016, 19:22. Yazar: Xeberaz
TAP bizlə rəqabət apara bilməz - Rusiya
TAP layihəsi Cənubi Avropaya nəql olunan Rusiya qazı ilə rəqabət apara bilməz.

APA "Rossiyskaya qazeta" nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

"TAP-la Avropaya nəql olunacaq qazın həcmi o qədər böyük deyil. Hazırda söhbət 10 milyard kubmetr qazdan gedir, özü də bu həcm Avropaya 2019-cu ildə çatacaq. Buna görə, avropalı istehlakçılara daha böyük həcmdə qaz lazımdır", - deyə nazir qeyd edib.

A. Novak qeyd edib ki, TAP layihəsi reallaşdığı halda belə, Yunanıstan və İtaliyanın Rusiya qazına ehtiyacı var.
Geri dön