Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya çarlığın sərhədlərini bərpa etməyə çalışacaq

Rusiya çarlığın sərhədlərini bərpa etməyə çalışacaq


27-05-2016, 17:13. Yazar: Xeberaz
Rusiya çarlığın sərhədlərini bərpa etməyə çalışacaq

Rusiya bundan sonra SSRİ, ya da Rusiya çarlığının sərhədlərini bərpa etməyə cəhdlər edəcək.

"Xəbəraz.az "xəbər verir ki, bunu Ukrayna mətbuatına açıqlamasında Ukraynanın keçmiş Baş Qərargah rəisi Anatoli Lopata söyləyib. Onun sözlərinə görə, heç bir postsovet ölkəsi Rusiyadan siğortalanmayıb:

“Unutmayın ki, Putin XX əsrin ən böyük faciəsi kimi SSRİ-nin parçalanmasını görür. Rusiya artıq keçmiş SSRİ-nin bir çox yerlərinə nəzarəti itirir. Moskvanın dünya hökmranlığını saxlayan yeganə səbəb nüvə silahıdır. Rusiya artıq ondan uzaqlaşan respublikalarda destabilizasiya proseslərinə başlayıb. Bu, təkcə Qafqazda – Çeçenistan və Gürcüstanda başlamayıb. Bu proses həm də Ermənistan və Azərbaycanda aralarında olan problemlər, Moldovada Dnestryanıdakı vəziyyət ucbatından başlayıb. Bunun davamını biz Donbas və Krımda gördük. Rusiya postsovet dövlətlərinə təsirini itirmək istəmir”.
Geri dön