Ana Sayfa > Karusel / Dünya / M2 > Rusiya “ağır artilleriyası”nı İrəvana göndərir

Rusiya “ağır artilleriyası”nı İrəvana göndərir


27-05-2016, 16:40. Yazar: Xeberaz

Rusiya “ağır artilleriyası”nı İrəvana göndərir
Rusiyanın Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev Ermənistana gedəcək.

"Xəbəraz.az "xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının mətbuat katibi Yevgeni Anoşin söyləyib. Onun sözlərinə görə, səfər iyunun 7-də başlayıb, 8-nə qədər davam edəcək.

O, Patruşevin İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin təhlükəsizlik şuralarının liderlərinin görüşündə iştirak edəcəyini bildirib.

Qeyd edək ki, KTMT-yə Rusiya, Qazaxıstan, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan daxildir.
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Geri dön