Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > Tərtərdə kütləvi zəhərlənmə

Tərtərdə kütləvi zəhərlənmə


27-05-2016, 14:52. Yazar: Xeberaz
Tərtərdə kütləvi zəhərlənmə
Tərtər rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

Ağdam Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, Tərtər rayonunda məskunlaşan Ağdam sakinləri, 1983-cü il təvəllüdlü Bayramov İsmət Rza oğlu, onun ailə üzvləri - 1994-cü il təvəllüdlü Bayramova Məhbubə Sədi qızı, 1999-cu il təvəllüdlü Bayramov Dünyamin Rəşid oğlu, 2004-cü il təvəllüdlü Bayramov Toğrul Səməd oğlu və 2012-ci il təvəllüdlü Bayramova Yağmur İsmət qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Zəhərlənən şəxslərin yaxınları ailə üzvlərinin hamısının bu gün həyətdə yetişən gilas yediklərini və bundan sonra zəhərləndiklərini bildiriblər.

Məlumata görə, aprelin 27-də Ermənistan Silahlı Qüvvələrinin atdığı mərmilərdən dördü Bayramovlar ailəsinin yaşadığı evin həyətinə düşüb.
Geri dön