Ana Sayfa > Karusel / Gündəm / M2 > Məşhur ABŞ generalı Bakıda

Məşhur ABŞ generalı Bakıda


27-05-2016, 00:22. Yazar: Xeberaz

Məşhur ABŞ generalı Bakıda
Azərbaycan və ABŞ-ın əməkdaşlıq etməsi üçün bir çox sahələr var.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının rəhbəri, general Ben Hoces deyib.

O qeyd edib: "Bu mənim Azərbaycana ilk səfərimdir. Əməkdaşlığımızı möhkəmləndirmək və davam etdirmək üçün bir çox sahələr var".

General vurğulayıb ki, Azərbaycan hərbçiləri ABŞ əsgərləri ilə birgə Əfqanıstandadırlar: "Biz bu yay Rumıniyada birgə təlimlər keçirməyi planlaşdırırıq. Azərbaycanın Əfqanıstandakı əməliyyatları dəstəkləməkdə davam etməsi ölkənizin təhlükəsizlikdə və sabitlikdə maraqlı olduğunu göstərir".

Geri dön