Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya / M2 > Dünya nəhəngi: “Neft erası bitməyib”

Dünya nəhəngi: “Neft erası bitməyib”


26-05-2016, 21:32. Yazar: Xeberaz
Dünya nəhəngi: “Neft erası bitməyib”
Neft nəhəngi “Ekson Mobil”in rəhbəri Reks Tillerson neft hasilatının ixtisarını bəşəriyyət üçün qeyri-məqbul adlandırıb.

"Xəbəraz.az " BBC-yə istinadən xəbər verir ki, çərşənbə günü Dallasda keçirilən qalmaqallı illik iclasda danışan Tillerson iqlim dəyişikliyinə qarşı bir sıra təklifləri qətiyyətlə rədd edib.

O, şirkətin “yaşıl texnologiyalara” 7 milyard dollar xərclədiyini, lakin alimlərin qazıntı yanacağına ehtiyacı aradan qaldıracaq kəşflər edə bilmədiyini gizlətməyib.

“Belə bir şəraitdə neft istehsalını dayandırmaq bəşəriyyət üçün qeyri-məqbul bir hərəkət olardı. Onlar istəsələr də, istəməsələr də dünya qazıntı yanacağından istifadəni davam etdirməli olacağıq”, - şirkət rəhbəri qeyd edib.

Tillersonun çıxışı 2040-cı ilədək neft və qazın dünya enerjisinin 60 faizini verməkdə davam edəcəyi proqnozunu doğruldur.
Geri dön