Ana Sayfa > Karusel / Şou-Biznes / M2 / Xəbəraz TV > Model Sevinc “biznes - woman” olacaq - FOTOLAR

Model Sevinc “biznes - woman” olacaq - FOTOLAR


26-05-2016, 18:11. Yazar: Xeberaz
Model Sevinc “biznes - woman” olacaq - FOTOLAR

“İlin Favoriti” ən gözəl model, aktrisa və rəqqasə Sevinc Şirinova bəylər və xanımlar üçün model və rəqs akademiyası açacaq.

Bu haqda "Xəbəraz.az "-a modelin özü məlumat verib: “Şəxsi akademiya açıram. Burada model və rəqs dərsləri verəcəm. Nəhayət, yeni işimi təqdim edəcəm. İnsanlar mənə müraciət edirdilər ki, “Model olmaq istəyirik?”, “Rəqs öyrənmək istəyirik”, “Bizə rəqs öyrədə bilərsiniz?”. Bu kimi sual və istəklər məni düşünməyə məcbur etdi. İşlərimin çox olması akademiyanı açmağa imkan vermirdi. Artıq hər şey qaydasındadır. Vaxtımın çox hissəsini tələbələrimlə keçirəcəm. Yeni açılacaq akademiyada toy-nişan, xına mərasimləri üçün xidmətlər də təklif olunacaq. Sənət dostlarıma və şou-biznesdə olan hər kəsə şəxsi biznesində uğurlar arzulayıram.”

Sevinc Şirinova söhbət əsnasında yeni fotosessiya etdirdiyini də bildirib.

Yeni S.Şirinin fotosessiyasını oxuculara təqdim edirik:
Model Sevinc “biznes - woman” olacaq - FOTOLAR
Model Sevinc “biznes - woman” olacaq - FOTOLAR

Geri dön