Ana Sayfa > Karusel / Dünya / M2 > Atom Elektrik Stansiyası işçiləri etirazlara qoşuldu

Atom Elektrik Stansiyası işçiləri etirazlara qoşuldu


26-05-2016, 10:30. Yazar: Xeberaz
Atom Elektrik Stansiyası işçiləri etirazlara qoşuldu


Fransanın paytaxtı Parisdə 2 aydan çoxdur ki, keçirilən etiraz aksiyaları səngimək bilmir.

"Xəbəraz.az " "Röyter"ə istinadən xəbər verir ki, bu gün etirazlara 19 AES-in əməkdaşları da qoşulub.

Qeyd edək ki, Fransanı qarışdıran yeni Əmək qanunu layihəsidir. Bu layihə hər gün maksimum 10 saat olan iş vaxtının 12 saata qaldırılmasını nəzərdə tutur. Layihə qəbul edilsə, yarımştat çalışan işçilərin də iş saatları artacaq, amma maaşlar azalacaq. Eyni zamanda, yeni Əmək qanunu şirkət və işə götürənlərə işçilərin iş saatını artırma və maaşlarını aşağı salma səlahiyyəti verir.

Maraqlıdır ki, burada 18 yaşından kiçik olan, orta məktəbdə oxuyan uşaqların da gündəlik 10 saata qədər işlədilməsi nəzərdə tutulur.

Layihə Fransanın Əmək naziri Məryəm Xomri (Myriam El Khomri) tərəfindən hazırlanıb.

Geri dön