Ana Sayfa > Karusel / İdman / M2 > "Qarabağ" ölkə kubokunun qalibi oldu

"Qarabağ" ölkə kubokunun qalibi oldu


25-05-2016, 23:14. Yazar: Xeberaz

"Qarabağ" ölkə kubokunun qalibi oldu

Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” və “Neftçi” futbol komandaları arasında Azərbaycan kuboku yarışlarının final oyunu keçirilib.

"Xəbəraz.az " xəbər verir ki, tərəflərin səylərinə baxmayaraq, əsas vaxtda qalib müəyyənləşməyib.

Əlavə edilmiş vaxtın sonuncu dəqiqəsində Miçel "Qarabağ"ı hesabda irəli çıxarıb. Görüş bu hesabla da yekunlaşıb.

Bununla "Qarabağ" tarixində 5-ci dəfə kubokun sahibi olub, 3 dəfə isə (1993, 2015, 2016-cı illər) "qızıl dubl" edib.
Geri dön