Ana Sayfa > Karusel / Dünya / M2 > Qonşuları Qazaxıstandan üz çevirdi

Qonşuları Qazaxıstandan üz çevirdi


25-05-2016, 23:09. Yazar: Xeberaz

Qonşuları Qazaxıstandan üz çevirdi
Türkmənistan və Özbəkistan Qazaxıstanla sərhədini bağlayıb.

"Xəbəraz.az " xəbər verir ki, bu haqda məlumatı Qazaxıstanın Mangistau vilayətinin Dövlət Departamenti yayıb.

Verilən məlumata görə, buna səbəb Türkmənistan prezidentinin sərhəd rayonlarına baş tutacaq səfəridir.

29 may tarixində baş tutacaq səfər üçün artıq ölkə ərazisində təhlükəsizlik tədbirləri gücləndirilir.

Özbəkistanın öz sərhədlərini bağlamasının səbəbi isə Qazaxıstanla sərhəddə yaşanan avtomobil sıxlığıdır.

Verilən məlumata görə, sözügedən ölkələr arasında sərhəddə yoxlanışdan keçməyi gözləyən çoxsaylı nəqliyyat vasitələri var. Sərhəddəki tıxac problemi həll olunana qədər Qazaxıstanla sərhəd açılmayacaq.

Geri dön