Ana Sayfa > Karusel / Dünya / M2 > Əsəd günahı Türkiyənin üstünə yıxdı

Əsəd günahı Türkiyənin üstünə yıxdı


25-05-2016, 20:25. Yazar: Xeberaz
Əsəd günahı Türkiyənin üstünə yıxdı

Latakiya və Tartus şəhərlərində baş verən terror hücumlarına görə Türkiyə, Səudiyyə Ərəbistanı və Qətər məsuliyyət daşıyır.

"Xəbəraz.az "xəbər verir ki, bu sözləri Suriya Prezidenti Bəşər Əsəd deyib.

“Bu terror hücumları Ankara, Doha və Ər-Riyaddakı radikal hökumətlərin fəaliyyətini göstərir. Cenevrə danışıqlarının məqsədi isə Suriya ordusunun uğurlarını gizlətməkdən başqa bir şey deyil”, - Əsəd bildirib.

Qeyd edək ki, dünən Tartus və Latakiya şəhərlərində ard-arda 7 terror aktı baş vermişdi.

Partlayışlar nəticəsində 148 insan həlak olmuşdu.
Geri dön