Ana Sayfa > Karusel / Gündəm / Şou-Biznes / Maraqlı > Elza Seyidcahanın yeni şeiri: Zad qalmışam

Elza Seyidcahanın yeni şeiri: Zad qalmışam


28-04-2015, 15:55. Yazar: Xeberaz
Elza Seyidcahanın yeni şeiri: Zad qalmışam
“Arxadan baxırdı saxtalar...”.

Xeberaz.az xəbər verir ki, Əməkdar artist Elza Seyidcahan sevgi ilə bağlı yeni şeir yazıb.

Müğənni-bəstəkar “Zad qalmışam” adlı şeirini Oxu.Az-a təqdim edib:

Dünən bu vaxtlar,

Ən xoşbəxt anlar.

Sevişirdi yaraşıqlı taylar.

İndi isə hanı o saaatlar,

Taxtlar?

O aləmki çarxlar?

Çarxalanırdı təmaslar

Öpüşündən nəinki asılar,

Sank, taxılar.

O birisinə taxılar,

Dağ boyda eşqi dağılar.

Yaddan çıxmışdı tarlar, analar

Bizi çarxaladı sazlar.

Çarxa güc gəldi pazlar...

Elə bil olmayıb o anlar?!

Arxadan baxırdı saxtalar,

Üzümüzə gülürdü bəzən, yaltaqlar.

Lapdan gələn tır-tırlar,

Dum-dumlar,

zum-zumlar,

partladılar,

uçdular,

yox oldular

gup-guplar.

İndi isə deyirlər zıp-zıplar

Hanı o anlar?

Sayrışırdı yaraşıqlı taylar.

Dalmışam.

Qalmışam yana-yana

Mat qalmışam, mat...

Yamanca zad qalmışam,

zad!!!”


Geri dön