Ana Sayfa > Karusel / Dünya / M2 > İran: “Ər-Riyadın A, B, C, D planı var”

İran: “Ər-Riyadın A, B, C, D planı var”


25-05-2016, 18:25. Yazar: Xeberaz

İran: “Ər-Riyadın A, B, C, D planı var”

İran Xarici İşlər Nazirliyi Suriyada davam edən siyasi gərginliyə görə Səudiyyə Ərəbistanını günahlandırıb.

"Xəbəraz.az " xəbər verir ki, nazirliyin sözçüsü Hüseyn Ənsari böhranın həll yolunun siyasi dialoq olduğunu deyib:

“Suriyadakı böhranı dərinləşdirən, A, B, C və D planlarını tətbiq etməyə çalışan Səudiyyə Ərəbistanı kimi ölkələrdir”.

Ənsarinin bu açıqlamasının Suriyaya hərbi müdaxilə anonsu verən Səudiyyə Ərəbistanı XİN rəhbəri Adil Cübeyrə cavab olduğu təxmin edilir.

Xatırladaq ki, ABŞ-ın dəstəklədiyi Suriya Demoktarik Qüvvələri Rakkada genişmiqyaslı anti-terror əməliyyatına başlayıb.
Geri dön