Ana Sayfa > Karusel / Dünya / M2 > ABŞ gələn il Qafqaza daha böyük ordu göndərəcək

ABŞ gələn il Qafqaza daha böyük ordu göndərəcək


25-05-2016, 17:04. Yazar: Xeberaz

ABŞ gələn il Qafqaza daha böyük ordu göndərəcək

Ümid edirik ki, gələn il ABŞ-la birgə daha böyük hərbi təlim keçirəcəyik.

"Xəbəraz.az " xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının rəhbəri Ben Xodjeslə görüşü zamanı Gürcüstanın Müdafiə naziri Tina Xidaşeli söyləyib. Onun sözlərinə görə, Gürcüstanın bu təlimi keçirmək üçün geniş imkanları var.

Mətbuata açıqlama verən Gürcüstan Baş Qərargah rəisi Vaxtanq Kapanadze isə Tiflisin gələcək planlarının daha iddialı olduğunu bildirib:

“Biz Xodjeslə gələcək təlimi müzakirə etdik. Əsas müzakirə mövzusu təlimin regional xarakter alması və onda daha çox ölkənin iştirak etməsidir”.

Qeyd edək ki, bir müddət öncə Gürcüstan “Layiqli tərəfdaş – 2016” təlimi keçirilib. Hərbi təlimdə Gürcüstan, ABŞ və Böyük Britaniya hərbçiləri iştirak edib. Sabah təlimlə əlaqədar ölkəyə gətirilən ABŞ hərbi texnikası da Gürcüstanı tərk edəcək.
Geri dön