Ana Sayfa > Karusel / Gündəm / M2 / Araşdırma > jurnalist Çimnaz Abdullayeva məhkəmələrdə haqsızlıqla üzləşir.Qonşu davası 6 məhkəmədən keçib

jurnalist Çimnaz Abdullayeva məhkəmələrdə haqsızlıqla üzləşir.Qonşu davası 6 məhkəmədən keçib


25-05-2016, 16:50. Yazar: Xeberaz
jurnalist Çimnaz Abdullayeva məhkəmələrdə haqsızlıqla üzləşir.Qonşu davası 6 məhkəmədən keçib
Jurnalist əsassız olaraq şikayətinin təmin olduğunu bildirir
Keçmiş televiziya işçisi, jurnalist Çimnaz Abdullayeva məhkəmələrdə haqsızlıqla üzləşdiyini iddia edir. O, bununla bağlı dünən mətbuat konfransı keçirib.

"Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən, üç əsri əhatə edən dədə-baba yurdumda qohumum, həm də qonşum Abdullayev Cəlal Arif oğlu mənə problem yaradıb. Belə ki, qonşum evini tikinti norma və qaydalarına uyğun inşa etməyib. Mən də onun evinin texniki pasportunda olmayan pəncərənin bağlanması iddiası ilə məhkəməyə müraciət etdim. Çünki onun pəncərəsi mənim evimə tərəf açıldığı üçün narahatlıq yaşayıram",- deyə Ç.Abdullayev bildirib.


Şikayətçi deyir ki, 6 məhkəmə qətnaməsi onun əleyhinə olub: "Xəzər rayon Məhkəməsindən başlayaraq Ali Məhkəməyə qədər uzanan prosesdə hakimlər mənim dediklərimi nəzərə almadılar. İddia ərizəm əsasında məhkəmənin təyin etdiyi tikinti-texniki ekspertizanın rəyi mənə açıqlanmadı".
Ç.Abdullayevanın sözlərinə görə, məhkəmə instansiyalarından olan şikayəti ilə bağlı Prezident Administrasiyasına, Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına dəfələrlə müraciət edib: "İddiam əsaslı olsa da, mənim əleyhimə qətnamələr çıxarılıb. Müraciət etdiyim aidiyyatlı qurumlardan buna aydınlıq gətirilməsini xahiş etmişəm. Amma müraciətimə cavab verilməyib".

Ç.Abdullayevanın bir şikayəti də mülkiyyətinin özəlləşdirilməsi ilə bağlı qarşılaşdığı problemdəndir: "Buzovna qəsəbəsində yaşadığım əmlakın atamın adına texniki pasportu var. 1954-cü ildə ödənilən vergi qəbzləri, Xəzər rayon İcra Hakimiyyətinin Buzovna qəsəbə nümayəndəliyinin, 2 nömrəli polis bölməsinin, nəhayət, Dövlət Arxiv İdarəsindən 1915-ci ilədək həmin torpaq sahəsinin babamın adına olmasını təsdiqləyən sənədlər var.

Dövlət başçısının 10 yanvar 1997-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə görə vətəndaşların qanuni istifadələrindəki fərdi yaşayış evlərinin və həyətyanı sahələrinin torpaqların əvəzsiz olaraq mülkiyyətlərinə verilməsi, dövlət qeydiyyatına alınıb çıxarışla rəsmiləşdirilməsi haqqında sənədə istinad edib əmlakımı özəlləşdirmək istədim. Amma Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti dədə-baba əmlakımı özəlləşdirməyimə süni mane olur".
Minə Hüseynli
Geri dön