Ana Sayfa > Karusel / Gündəm / M2 > Jurnalistə yeni vəzifə verildi

Jurnalistə yeni vəzifə verildi


25-05-2016, 16:20. Yazar: Xeberaz

Jurnalistə yeni vəzifə verildi

Sumqayıt Texnologiyalar Parkına (STP) yeni mətbuat xidməti təyin olunub.

Report-un məlumatına görə, bu vəzifəyə Allahverdiyev Rüstəm Əbülfət oğlu təyin edilib.

Məlumata görə, KİV-lə əlaqələri möhkəmləndirmək, texnoparkda baş verən yeniliklər barəsində ictimaiyyətə düzgün və vaxtında informasiya vermək üçün idarə Aparatının tərkibində mətbuat xidməti yaradılıb.

Qeyd edək ki, Allahverdiyev Rüstəm 2009-cu ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsin bitirib. 2010-2014-cü illərdə həmin universitetin Hüquq fakültəsində ikinci ali təhsil alıb.

İndiyədək müxtəlif qəzetlərində müxbir, dövlər və özəl müəssisələrin mətbuat xidməti şöbələrində işləyib.

Geri dön