Ana Sayfa > Karusel / Hadisə / M2 > İtkin düşən iki uşaq atası tapıldı - Qaxda

İtkin düşən iki uşaq atası tapıldı - Qaxda


25-05-2016, 15:33. Yazar: Xeberaz

İtkin düşən iki uşaq atası tapıldı - Qaxda
Qax rayonunda itkin düşən 30 yaşlı Əhməd Şükür oğlu Qabulov tapılıb.

Qax Rayon Polis Şöbəsindən Report-a verilən məlumatda bildirilib ki, polisin keçirdiyi xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Qabulov rayonun Zəyəm kəndi ərazisində tapılıb:

"Qax şəhəri, Azərbaycan prospekti, ev 73 ünvanında yaşayan 1986-cı il təvəllüdlü Əhməd Şükür oğlu Arandan yaylağa köçən çobanlara qoşularaq Zaqatalaya getmək istəyib. Şöbənin əməliyyat-axtarış qrupu onun yerini müəyyənləşdirib və Əhməd Qabulov saxlanılaraq Polis Şöbəsinə gətirilib".

Qeyd edək ki, iki azyaşlı uşaq atası olan Ə.Qabulov mayın 22-də axşam saatlarında evdən çıxaraq bir daha qayıtmayıb. Ailəsinin bildirdiyinə görə, o, əqli qüsruludur.

İtkin düşən iki uşaq atası tapıldı - Qaxda
İtkin düşən iki uşaq atası tapıldı - Qaxda
İtkin düşən iki uşaq atası tapıldı - Qaxda
Geri dön