Ana Sayfa > Karusel / Hadisə / M2 > Tanışını öldürən şəxsə AĞIR CƏZA

Tanışını öldürən şəxsə AĞIR CƏZA


25-05-2016, 15:05. Yazar: Xeberaz

Tanışını öldürən şəxsə AĞIR CƏZA
Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını ölümündə təqsirləndirilən Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən A.Əliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A.Əliyev tanışı Konstantin Atanadzeni bıçaqlayıb. Hadisə baş verən zaman hər iki şəxs sərxoş vəziyyətdə olub. Xəstəxanaya yerləşdirilən K.Atanadze orada vəfat edib.
Geri dön