Ana Sayfa > Karusel / Dünya / M2 > Putinə görə Obama günahkardır – ABŞ diplomatı

Putinə görə Obama günahkardır – ABŞ diplomatı


25-05-2016, 14:35. Yazar: Xeberaz

Putinə görə Obama günahkardır – ABŞ diplomatı

ABŞ və Avropa Rusiyanı diqqətlə izləməlidirlər.

"Xəbəraz.az "xəbər verir ki, bu sözlər ABŞ-ın Polşadakı eks-səfiri Viktor Eşin “Forin polisi” qəzetindəki məqaləsində yer alıb. Onun sözlərinə görə, Rusiya son 7 il ərzində çox aktivləşib:

“Məhz Obama Administrasiyası Rusiyanın keçmiş SSRİ dövlətləri üzərində nəzarəti bərpa etməklə bağlı məqsədini həyata keçirməsinə şərait yaratdı. Obama və Klinton bir neçə ilə öncə Rusiya ilə münasibətlərdə yenilənmələrin əsas tərəfdarı idilər. Bu yenilənmələr işə yaramadı. ABŞ daha çox Polşa və Türkiyədə hərbi aktivliyini artırmalıdır. Türkiyə NATO-nun Yaxın Şərqə açılan qapısı və dəyişilməz müttəfiqidir”.

Qeyd edək ki, Viktor Eş 2004-2009-cu illərdə ABŞ-ın Polşadakı səfiri olub.
Geri dön