Ana Sayfa > Karusel / Hadisə / Foto-fakt > 27 yaşlı qız əcnəbi sevgilisi tərəfindən döyüldü - Bakıda

27 yaşlı qız əcnəbi sevgilisi tərəfindən döyüldü - Bakıda


25-05-2016, 13:56. Yazar: Xeberaz
27 yaşlı qız əcnəbi sevgilisi tərəfindən döyüldü - Bakıda

Bakının Xətai rayonunda cinayət hadisəsi baş verib.
Hadisə rayonun 7-ci Əhmədli küçəsi, ev 10-da qeydə alınıb.

Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü A.Q. polisə şikayət edərək əcnəbi sevgilisi tərəfindən döyüldüyünü bildirib. O, qeyd edib ki, uzun müddətdir Əfqanistan vətəndaşı, 1990-cı il təvəllüdlü Nasrullah Mohsen Sadehgi ilə qeyri-rəsmi yaşayıb.

27 yaşlı qızın sözlərinə görə, son günlər əcnəbi sevgilisi ilə münasibətləri gərginləşib. Sonuncu dəfə sevgilisi ilə mübahisə edən qız döyülüb. O, xəstəxanada tibbi yardım alıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 34-cü polis bölməsində araşdırma aparılır.

Geri dön