Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > FES-in qərarı manata təsir edəcək? - Baş bankir

FES-in qərarı manata təsir edəcək? - Baş bankir


24-05-2016, 22:37. Yazar: Xeberaz

FES-in qərarı manata təsir edəcək? - Baş bankir
ABŞ Federal Ehtiyat Sisteminin (FRS) uçot dərəcəsini artırması Azərbaycanın maliyyə bazarına və manatın məzənnəsinə güclü təsir etməyəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, FRS-in qərarı manatın ABŞ dollarına nisbətdə məzənnəsinə təsir edən fundamental faktor deyil.

E.Rüstəmob bildirib: "Daha böyük faktorlar neftin qiyməti, Azərbaycanla qonşu ölkələrdə valyutanın məzənnəsi, eləcə də Azərbaycanın hazırda kifayət qədər sabit olan tədiyə balansının durumudur".

Geri dön