Ana Sayfa > Karusel / Dünya / M2 > NATO Ukrayna ilə bağlı önəmli addıma hazırlaşır

NATO Ukrayna ilə bağlı önəmli addıma hazırlaşır


24-05-2016, 22:05. Yazar: Xeberaz


NATO Ukrayna ilə bağlı önəmli addıma hazırlaşır
Varşavada NATO sammitində "Ukraynaya dəstək paketi"nin qəbulu planlaşdırılır.

"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Ukraynanın NATO-dakı nümayəndəsi Aleksandr Vinnikov bildirib.

"NATO daha çox siyasi sferada praktiki olaraq Ukraynanı dəstəkləyir. Bizim qətiyyətimiz sayəsində ən yüksək səviyyədə gələn həftə Varşava sammitində Ukrayna-NATO görüşü keçiriləcək", - Vinnikov qeyd edib.

Onun sözlərinə görə, sammitdə Ukrayna ilə bağlı ən önəmli paket sənədi qəbul ediləcək və bu paketdə iki mühüm amil yer alacaq:

"Birinci - bu demokratik nəzarətdir və əsas rol təhlükəsizlik sektorunun üzərinə düşəcək. İkinci istiqamət təhlükəsizlik xidmətinin geniş sferada dəstəyidir".
Geri dön