Ana Sayfa > Karusel / Dünya / M2 > Qumbara terrorçunun əlində partladı

Qumbara terrorçunun əlində partladı


24-05-2016, 21:50. Yazar: Xeberaz

Qumbara terrorçunun əlində partladı

Türkiyənin Şırnak vilayətinin Silopi mahalında avtomobildən təhlükəsizlik qüvvələrini hədəf almaq istəyən PKK terrorçularının əlində qumbara partlayıb.

"Xəbəraz.az " xəbər verir ki, nəticədə avtomobildə olan hər 3 terrorçu ölüb.

Məlumata görə, hərbçilər avtomobildən şübhələndikləri üçün onu saxlamaq istəyiblər.

Lakin terrorçular buna məhəl qoymayaraq hərbçilərə iki qumbara atıblar.

Sonuncu qumbara isə terrorçunun əlində partlayıb.

Avtomobilə baxış keçirilən zaman oradan “Kalaşnikov” və digər silah növləri tapılıb.

Olayla bağlı araşdırmalara başlanılıb.
Geri dön