Ana Sayfa > Karusel / Hadisə / M2 > Gömrükdə növbəti "siqaret əməliyyatı"

Gömrükdə növbəti "siqaret əməliyyatı"


24-05-2016, 20:21. Yazar: Xeberaz

Gömrükdə növbəti "siqaret əməliyyatı"
Xaçmaz Gömrük İdarəsinin əməkdaşları 4 fakt üzrə külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, Rusiya istiqamətindən "Samur" gömrük postunun gömrük nəzarəti zonasına daxil olan avtomobillərə baxış keçirən gömrükçülər nəqliyyat vasitələrinin salonlarındakı gizli saxlanc yerlərindən gömrük orqanına əvvəlcədən bəyan olunmayan külli miqdarda - 40 600 ədəd müxtəlif markalı siqaretlər aşkar edib.

Geri dön