Ana Sayfa > Karusel / M2 / Təbriklər > İlham Əliyev Binəli Yıldırımı təbrik etdi

İlham Əliyev Binəli Yıldırımı təbrik etdi


24-05-2016, 18:09. Yazar: Xeberaz

İlham Əliyev Binəli Yıldırımı təbrik etdi

Mayın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırıma telefonla zəng edib.

"Xəbəraz.az " xəbər verir ki, dövlət başçısı Binəli Yıldırımı hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.
Geri dön