Ana Sayfa > Karusel / Dünya / M2 > Feysbuk daha bir yeniliyə imza atdı

Feysbuk daha bir yeniliyə imza atdı


24-05-2016, 16:21. Yazar: Xeberaz

Feysbuk daha bir yeniliyə imza atdı
1.59 milyard istifadəçisi olan Feysbuk canlı yayım videosu xidmətinə yeni özəllik gəldiyini bildirib.

"Xəbəraz.az " xarici mətbuata istinadən xəbər verir ki, istifadəçilər artıq 24 saat problemsiz canlı yayım edə biləcəklər.

Hazırda mövcud olan canlı yayımın daimi saxlanılmaması problemi aradan qaldırılıb. Canlı video yayımlayan şəxsin videosunun saatlar sonra da istifadəçilər tərəfindən baxıla biləcəyi bildirilib.

Yeni tətbiqlər ən yaxın vaxtda gələcək yeniləmə ilə istifadəçilərə təqdim ediləcək.

Geri dön