Ana Sayfa > Karusel / Səhiyyə / M2 > Nazirlik pulsuz müayinələr keçirir

Nazirlik pulsuz müayinələr keçirir


24-05-2016, 16:16. Yazar: Xeberaz

Nazirlik pulsuz müayinələr keçirir
Mayın 23-dən başlayaraq Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) pulsuz Hepatit B və C müayinələrinin təşkilinə başlanılıb.

Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən Axar.az-a verilən məlumata görə, RMDM-də aparılacaq pulsuz müayinələrdə hər kəs iştirak edə bilər. Bir ay müddətində davam edəcək müayinələrdən keçən şəxslər xaricdə təhsil alan həkim-hepatoloqun konsultasiyasına və həkim tərəfindən təyin olunan laborator müayinələrinə 20% endirimdən də faydalana biləcəklər.

Qeyd edək ki, RMDM-də dəfələrlə anoloji aksiyalar təşkil olunub.
Geri dön